Rusiya vətəndaşı, dostları ilə birlikdə Finlandiya şərqində yerləşən Püyaharvi gölündə qayıqla hərəkət edən zaman, qayıq çevrilib.
Hadisə nəticəsində bir Rusiya vətəndaşı dünyasını dəyişib.
Bu barədə Finlandiyanın hüquq-mühafizə orqanları məlumat verib.
“Polis, xilasetmə və təcili təxirəsalınmaz tibbi yardım xidməti, Mayın 19-u Püyaharvi gölündə boğulan Rusiya vətəndaşı haqqında məlumat verir. Üç Rusiya vətəndaşı göldə qayıqla üzən zaman, qayıq çevirib. İki rusiyalının həyatını xilas etmək mümkün olsada, 58 yaşlı Rusiya vətəndaşı dünyası dəyişib” məlumatda deyilir.
Qeyd edək ki, Rusiya Federasiyasının Finlandiyadaki səfirliyi yayılan məlumatı təsdiqləyib.