Rusiya viza məsələsində ABŞ ilə qarşılıqlı münasibətləri normallaşdırmağa hazırdır

0
496

Rusiya viza məsələsində ABŞ-la qarşılıqlı fəaliyyətin sürətlə və tam normallaşmasına hazırdır.
Bu barədə Rusiyanın ABŞ-daki səfirliyindən məlumat verildi.
“Rusiya tərəfi viza sahəsində qarşılıqlı fəaliyyətimizin sürətli və tam normallaşmasının tərəfdarıdır. Amerikalıların buna hazır olduğu qədər bu məsələdə irəliləməyə hazırıq. Ümid edirik ki, təkliflərimiz Vaşinqtonda dinləniləcəkdir.” – səfirlikdən verilən məlumatda deyilir.
Bundan əlavə Rusiya diplomatik nümayəndəliyinin əməkdaşları ABŞ-ın Rusiyaya gələn Amerika konsulluq işçilərinə viza vermək istəmədiyi barədə açıqlamalarını təkzib etdi.
“Bu məlumat çaşqınlıq yaradır. Bu yalandır. Moskvada işləyən və işin həqiqi tərəfini yaxşı bilən amerikalı həmkarlarımızdan belə bir yanlış məlumat gözləmirdik. Xatırlatmaq istərdik ki, diplomatik nümayəndəliklərin işinin sabit yola qayıtmasını ciddi şəkildə çətinləşdirən “viza müharibəsi” məhz Vaşinqton tərəfindən başladılıb” – Rusiyanın diplomatik nümayəndəliyi qeyd etdi.