Rusiya özünü ABŞ-ın silah yarışına cəlb olunmasına imkan verməyəcək.
Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov deyib.
“Baş verənləri sakit, təmkinli qəbul etdiyimizi vurğulayırıq. Hadisələrin inkişafının məhz bu istiqamətdə gedəcəyini güman etmişdik. Özümüzü bahalı silah yarışına cəlb etməyə imkan verməyəcəyik. Dünən Fransada Prezident Vladimir Putinin söylədiyi kimi, ABŞ-ın dünyanın hər hansı bir nöqtəsinə bu silahları yerləşdirməyincə, bu sistemlərin yerləşdirilməsinə bir tərəfli moratoriumumuzu bir daha təsdiqləyirik.” – Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov qeyd etdi.
Qeyd edək ki, bir müddət öncə Pentaqon INF Müqaviləsi ilə qadağan edilən, yerüstü kruiz raketini sınaqdan keçirdiyini bildirdi. Raket 500 kilometrdən çox uçuşdan sonra hədəfi uğurla vurmağda müvəffəq oldu