Rusiya Xarici İşlər Nazirliyi Kabildəki hücumu qınadı və Əfqanıstan hakimiyyətini ölkədə təhlükəsizliyin təmin edilməsi üçün qətiyyətli tədbirlər görməyə çağırdı.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verildi.
“Bu vəhşi cinayəti qəti şəkildə qınayırıq. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananların tez bir zamanda sağalmasını arzu edirik.” – Rusiya XİN mətbuat mərkəzindən verilən məlumatda deyilir.
Qeyd edək ki, Avqustun 17-də Kabildə toy mərasimi zamanı böyük terror aktı törədilib, nəticədə 63 nəfər ölüb, 180-dən çox insan yaralanıb