Ukraynadakı dil problemi qeyri-prinsipial siyasətçilər tərəfindən mübarizə vasitəsi kimi istifadə edildi.
Eyni zamanda, Kiyev bu qanunu Avropa Şurasının Venesiya Komissiyasına ekspertizaya göndərməkdən qorxdu.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.
“Qanunun Poroşenkonun Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenskinin bəyanatları fonunda Konstitusiya normalarına və ölkənin bütün vətəndaşlarının mənafelərinə uyğunlaşdırılmasına dair sənədin diqqətlə təhlil edilməsi zərurəti ilə imzalanmasına fikir verdik…
Bu qanun Ukraynada fövqəladə vəziyyətdə, çoxsaylı prosessual pozuntularla, sərt daxili siyasi qarşıdurma zamanı qəbul edildi” – məlumatda deyilir.
Qeyd edək ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko, Ukrayna dilinin demək olar ki, bütün sahələrdə istifadə edilməsini nəzərdə tutan qanun layihəsi imzalayıb.