Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İran səfiri Mehti Sənai ilə görüşdü. Görüş əsnasında İran nüvə proqramı üzrə Birgə Kompleks Tədbirlər Planı müzakirə olundu. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verdi.
“İranın nüvə proqramı üzrə Birgə Kompleks Tədbirlər Planı ətrafında vəziyyət də daxil olmaqla, Beynəlxalq gündəmdə olan, aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı” – məlumatda deyilir.