Rusiya xarici işlər nazirinin müavini İqor Morgulov, Koreya yarımadasında vəziyyətin nizamlanması və Pxenyanda üçtərəfli layihələrin həyata keçirilməsini müzakirə etdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü KXDR xarici işlər nazirinin müavini Li Tae Soong və xarici işlər nazirinin birinci müavini Tsoi Song Hee ilə müzakirələrdən sonra verdiyi açıqlamada deyilir.
“Koreya yarımadasının ətrafındakı mövcud vəziyyət, regionun bütün problemlərinin həll edilməsi üçün ortaq siyasi və diplomatik prosesin inkişafı kontekstində məsələlər müzakirə edildi. Rusiya ilə KXDR arasında bu və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinin davam edilməsi barədə razılıq əldə edildi. Praktik sahələrdə əməkdaşlığın təşviqi, o cümlədən Koreya yarımadasında üçtərəfli layihələrin həyata keçirilməsi baxımından əməkdaşlığın daha da gücləndirilməsi təsdiqləndi”- Rusiya xarici işlər nazirliyindən verilən məlumatda deyilir.