Rusiya XİN Nur-Sultanda Suriya ilə bağlı keçiriləcək görüşün vaxtını açıqladı

0
501

Rusiya Xarici İşlər Nazirliyi 25-26 Aprel tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Suriyadakı problemlə bağlı görüş keçirməyi planlaşdırır.
Bu barədə Xarici işlər nazirinin müavini Sergey Verşınin Berlində jurnaistlərə açıqlama zamanı məlumat verdi.
“ Bu tarixin razılaşdırılmasına yaxınıq. Əvvəlcədən deyə bilərəm ki, Suriya ilə bağlı, Astana formatında yüksək səviyyəli görüş 25-26 aprel tarixlərində Nur-Sultanda keçiriləcək” – Verşinin bildirdi.
Qeyd edək ki, Qazaxıstanda Suriyadakı vəziyyəti həll etmək məqsədi ilə 10 dəfə danışıqlar aparılıb. Astanada keçirilən görüşlərin əsas müvəffəqiyəti ölkədə zorakılıq səviyyəsini əhəmiyyətli dərəcədə azalda de-eskalasiya zonalarının yaradılmasıdır.