ABŞ tərəfindən Suriyanın bir hissəsinin qanunsuz işğalının dayandırılması “Rukban” məsələsini həll edə bilər.
Bunu Xarici işlər nazirinin müavini Sergey Verşınin Almaniyada jurnalistlərə açıqlamasında bildirdi.
“Biz hər yerdə məsələni həll etmək üçün lazım olan şeylər barədə danışırıq, bu da bir çox problemləri, o cümlədən Rukban məcburi köçkün düşərgəsinin məsələsi ilə bağlıdır” – Verşınin qeyd etdi.
“ABŞ Suriyanın bu ərazidəki işğalını dayandırmalıdır. Fikrimizcə bu problemin həllinə təkan yarada bilər” – Rusiya nümayəndəsi sözlərinə əlavə etdi.