Rusiyada modernləşdirilmiş hərbi rabitə peykləri yaradılıb

0
599

 

Müdafiə Nazirliyinin maraqları daxilində iki “Meridian-M” müasir kommunikasiya peyki bu ilin sonuna qədər istifadəyə veriləcək.
Bu barədə Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu məlumat verdi.
“İlin sonunadək iki “Meridian-M” təkmilləşdirilmiş rabitə peykləri işə salınacaq” – Şoyqu Müdafiə Nazirliyi Şurasının iclasında bildirdi.
Onun sözlərinə görə, bundan başqa dörd peykdən ibarət olan “Blagovest” hərbi rabitə orbital qrupunun formalaşmasına da yekun vurulacaq.