Xilasedicilər Qırğızıstan dağlarında itkin düşən rusiyalı alpinistini axtarır.
Bu barədə Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
“1974-cü il təvəllüdlü Rusiya vətəndaşı Lenin zirvəsindən eniş etdi və 5000 metr yüksəklikdə onunla əlaqə kəsildi” – nzairlikdən verilən məlumatda deyilir.
Məlumata əsasən, bazar günü 6 xilasedici itkin düşmüş alpinistin axtarışına göndərildi, onlar gecəni dağ düşərgəsində keçirdikdən sonra bazar ertəsi səhər axtarışlarını bərpa etdilər. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Lenin zirvəsinin yaxınlığında yerləşən əlavə xilasedicilər qruplarının da cəlb olunması planlaşdırılır.