Arxangelsk vilayətinin Alpinizm və Dağa Dırmanam Federasiyasının üzvü, “Qar Bəbiri” adına layiq görülən Vasili Drozdov Tacikistan dağlarında həlak oldu.
Bu barədə Arxangelsk idman agentliyinin mətbuat xidmətindən məlumat verildi.
“Severodvinsk əsilli, Tyumen şəhər sakini, Arxangelsk vilayətinin Alpinizm və Dağa Dırmanma Federasiyasının üzvü Vasili Drozdov Tacikistan dağlarında qar uçqunu altında qalaraq faciəvi şəkildə həlak oldu” – Arxangelsk idman agentliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, Drozdov keçmiş Sovet İttifaqı ərazisində yerləşən beş 7minlik dağa qalxdığına görə “Qar Bəbiri” fəxri adına layiq görülüb.