Rusiyalı diplomatlar KXDR-də saxlanılan rusiya gəmisinin heyəti ilə görüşdü

0
645

Diplomatlar KXDR-də saxlanılan Rusiyanın “Sanhaylin-8” gəmisiylə məsələni həll etməyə çalışırlar.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdaki nümayəndəsi məlumat verdi.
“Bildiyim qədəri ilə diplomatlarımız dənizçilərlə görüşməyə müvəffəq olublar” – XİN nümayəndəsi qeyd etdi.
Gəminin saxlanılmasına əsas səbəb kimi, gəminin mühafizə olunan ərazidən xəbərdarlıq etmədən keçməsi olub.
Qeyd edək ki, İyulun 17-nə keçən gecə Şimali Koreya sərhədçiləri “Sanhaylin-8” gəmisini saxlayaraq və Vonsan’a apardılar. Gəmidə 17 heyət üzvü, o cümlədən iki Cənubi Koreya vətəndaşı olduğu bildirilir.