Rusiyalı turist Balidə psixiatrik xəstəxanaya yerləşdirildi

0
634

Bali rayonunun Bangli rayon polis əməkdaşları rusiyalı turisti villada qəribə davranışlarına görə ruhi xəstəxanaya aparıblar.
Bu barədə yerli “Coconuts” agentliyi məlumat verdi.
Polisin verdiyi məlumata əsasən, qadın villada olandan yaxşı vəziyətdə olmayıb. Onlar qadımla danışmaq istəsələr də qaın özünü qəribə aparıb və adını çəkməkdən imtina edib. Bunu görən polis əməkdaşları qadını psixiatrik xəstəxanaya aparıb.
Qadının yolda polislərə müqavimət göstərdiyi bildirilir.
Həkimlərin verdiyi məlumata görə qadın depressiyaya düşüb ki, bu da bura gələn turistlər arasında normal haldır. Bildirilir ki, turistin depressiyaya düşmə səbəbi pulunun qurtarmasıdır.
Qadın turist özünə gəldikdən sonra diplomatlara təhvil veriləcək və evə göndəriləcək.