Rusiyanın hərbi texnikaları iyulun 24-də Venesuelada təlimlərdə iştirak edəcək. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib.
“Venesuelada yerləşən və Bolivarilərin silahlı qüvvələrinin hərbi texnikası Rusiyadan hazırlanıb. Buna görə də başqa bir şey edilə bilməz. Digər ölkələrdə satın aldıqları hər hansısa növdə silah varmı bilmirəm, amma ordunun böyük hissəsi bizim silahlarımızla təchiz edilib. Buna görə də istifadə olunacaq.” – Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Venesuelada keçiriləcək təlimlərlə bağlı sualları cavablandırarkən bildirdi.