Rusiyanın Misirdəki səfiri dünyasını dəyişdi

0
456

Rusiyanın Misirdəki səfiri Sergey Kirpiçenko Qahirədə vəfat edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Məlumat və Mətbuat Departamentindən məlumat verildi.
“Bu səhər istedadlı diplomat və etibarlı yoldaş, Rusiyanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Sergey Vadimoviç Kirpichenko Qahirə xəstəxanasında qəflətən dünyasını dəyişdi” – Xarici İşlər Nazirliyinin Məlumat və Mətbuat Departamentindən verilən məlumatda deyilir.
Qeyd edək ki, 68 yaşı olan Kirpiçenko, Kirpichenko 2011-ci ilin sentyabrında RusiyanınMisirdəki səfiri və Ərəb Dövlətləri Liqasında müvəqqəti səlahiyyətlisi tyin edilib. Bundan əvvəl o, BƏƏ, Liviya və Suriyadakı Rusiya diplomatik nümayəndəliklərinə rəhbərlik edib.