Rusiyanın müxtəlif şəhərlərində Xocalı soyqırımı qurbanları yad edilib

0
203

Rusiya Federasiyasının Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar Respublikalarında, Moskva, Stavropol vilayətlərində, Krasnodar və Kamçatka diyarlarında fəaliyyət göstərən Azərbaycan icmasının təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Mahaçqala, Dərbənd, Malqobek, Vladiqafqaz, Nalçik, Serpuxov şəhər dairəsi, Kislovodsk, Pyatiqorsk, Yessentuki, Novorossiysk və Petropavlovsk-Kamçatsk şəhərlərində baş tutan tədbirlər Mahaçqala Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti, “İrs” ictimai təşkilatı, İnquşetiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti, Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresi, “Azəri” Milli-Mədəni Mərkəzi, “Serpuxov şəhər dairəsi Azərbaycanlılarının Yerli Milli-Mədəni Muxtariyyəti”, “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyəti, Krasnodar Azərbaycanlıları Birliyi və Kamçatkada yaşayan azərbaycanlıların “Azəri” ictimai cəmiyyəti tərəfindən təşkil olunub.