Rusiyanın nümayəndələri Venesuelaya səfər edəcək

0
537

Rusiyanın mədən və kənd təsərrüfatı sektorlarının nümayəndələri tezliklə Venesuelaya səfər edəcək.
Bu barədə Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriqez məlumat verib.
“Önümüzdəki həftələrdə Rusiyadan dağ-mədən və kənd təsərrüfatı sənayesi ilə əlaqədar nümayəndə heyəti ölkəmizə gələcək” – Delsi Rodriqez prezident Nikolas Maduro işgüzar görüş zamanı bildirdi.
Rodriqesin sözlərinə görə, avqustun 19-dan 21-dək davam edən Moskvaya səfəri zamanı Rusiya Federasiyası və Venesuela nümayəndələri əvvəllər əldə edilmiş razılaşmaların icrası və yenivmüqavilələrin bağlanması imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, Venesuelanın vitse-prezidenti Moskvaya səfəri zamanı Venesuelanın iqtisadiyyat və maliyyə naziri Simon Serpa, xarici işlər nazirinin müavini İvan Gil və Mərkəzi Bank sədrinin müavini Soil Hernandezin daxil olduğu nümayəndə heyəti ilə müşayiət olunub. Səfər zamanı O, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.