Moskva Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ-ın Türkiyəyə qarşı birtərəfli qaydada tətbiq edilməsinin əleyhinədir. Bunu Rusiya Xarici işlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.
“BMT Təhlükəsizlik Şurasının müvafiq strukturları vasitəsi ilə yoxlamadan və qanuniləşdirmədən keçməmiş istənilən sanksiyaların əleyhinəyik. Birtərəfli sanksiyalar, bizim fikrimizcə, qanunsuzdur və sanksiya mexanizmindən istifadə edən ölkələrə göstərilən təzyiq çox sayda beynəlxalq hüquqi sənəddə qeyd olunan beynəlxalq münasibətlərin normalarına ziddir ” deyə, Rusiya Xarici işlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib.