Ryabkovun Venesuelaya səfəri zamanı, ölkə başçısı Nikolas Maduronun Rusiyaya səfəri mövzusuna toxunula bilər. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə verdiyi müsahibədə məlumat verdi.
“”Bu mövzulardan biridir” –Ryabkov, Venesuelaya səfəri zamanı, ölkə prezidentinin Rusiyaya yüksək səviyyəli səfərinin hazırlıqlarını müzakirə edərkən bildirdi.
Bir müddət öncə, Venesuelanın Xarici İşlər Nazirliyi Nikolas Maduronun Rusiyaya səfəri haqqında məlumat verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, səfərin tarixi haqqında heç bir məlumat olmadığını bildirib.