Ryazan şəhərində partlayıcı qurğu barədə məlumat təsdiqlənmədi

0
516

 

Ryazanın “Bars” ticarət mərkəzində və üç xəstəxanada partlayıcı qurğular olması barədə məlumatlar təsdiqlənmədi.
Bu barədə regionun Fövqəladə Hallar Xidmətinin mətbuat xidməti məlumat verdi.
“Bütün dörd obyektin yoxlamaları başa çatdı, partlayıcı qurğu olması barədə heç bir yerdə təsdiqlənmədi” – məlumatda deyilir.
Qeyd edək ki, bir müddət öncə təhlükəsizlik qüvvələrinə, Mervinskaya küçəsində yerləşən Ryazan rayonlararası 3 xəstəxanasında və Moskovskoye magistralının “Bars” ticarət və əyləncə mərkəzində partlayıcı qurğu olması barədə məlumat daxil olub.