Ryazanda ağır yol qəzası baş verdi: 7 nəfər öldü

0
640

Ryazan vilayətində mikroavtobus və minik avtomobilin toqquşdu. Qəza nəticəsində nəticəsində 7 nəfər dünyasını dəyişdi.
Bu barədə bölgənin fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verdi.
Qəza, səhər saat beş radələrində M-5 magistral yolunun 402-ci kilometrliyində, bölgənin Sasovski rayonunda baş verib. Regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aleksandr Potaşovun dediyinə görə, “Mercedes-Benz Vito” markalı mikroavtobusun sürücüsü qarşıdakı zolağa çıxaraq Toyota Land Cruiser ilə toqquşub.
Hadisə nəticəsində 7 nəfər ölüb, bir uşaq da daxil olmaqla 8 nəfər yaralanıb. Məlumata əsasən, yaralılar rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.