S400-lərin 8-ci partiyası Türkiyəyə çatdırıldı

0
607

Rusiyanın S-400 zenit-raket komplekslərinin sistemləri daşıyan 8-ci təyyarəsi Türkiyəyə çatdırıldı.
Bu barədə Türkiyə Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.
“S400 zenit raket komplekslərinin göndərilməsi davam edir. Bununla bağlı raket sistemini daşıyan təyyarənin 8-ci partiyası Mürted hərbi hava bazasına eniş etdi” – Türkiyə Müdafiə Nazirlyindən verilən məlumatda deyilir
Qeyd edək ki, Rusiyanın S-400 müdafiə sistemlərinin satın alınması Türkiyə ilə ABŞ arasında beynəlxalq skandala səbəb oldu: ABŞ müqavilənin ləğv edilməsini və Türkiyədən Patriot müdafiə komplekslərini satın almağı tələb etdi.