S400-lərin növbəti partiyası Türkiyəyə çatdırıldı

0
653

Rusiyanın S-400 zenit-raket komplekslərinin sistemləri daşıyan növbəti təyyarə Türkiyəyə çatdırıldı.
Rusiya təyyarəsi Ankara şəhərində yerləşən Mürted hərbi hava bazasında eniş edib.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat verdi.
Qeyd edək ki, Rusiyanın S-400 müdafiə sistemlərinin satın alınması Türkiyə ilə ABŞ arasında beynəlxalq skandala səbəb oldu: ABŞ müqavilənin ləğv edilməsini və Türkiyədən Patriot müdafiə komplekslərini satın almağı tələb etdi.