Samarada üç minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişdi, 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildi.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş idarəsinin mətbuat xidmətindən məlumat verildi.
“Baş vermiş yol qəzası nəticəsində nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb, onlardan ikisi dünyasını dəyişib” – Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş idarəsinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, yol qəzası bu gün səhər saatlarında Samara şəhərinin Kuybışev rayonunda baş verib.