Saratovda yol qəzası baş verdi: 3 nəfər yaralandı

0
3269

Rusiyanın Saratov şəhərində iki minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşdu. Hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər xəstəxanaya yerləşdirildi.
Bu barədə Rusiya Yol polisinin bölgə üzrə mətbuat xidməti məlumat verdi.
“İlkin məlumatlara görə, VAZ-2111, VAZ-2107 markalı avtomobillər və “Gazelle” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində iki yetkin və iki yaşlı uşaq xəstəxanaya yerləşdirildi” – Rusiya Yol polisinin bölgə üzrə mətbuat xidmətindən verilən məlumatda deyilir.
Faktla bağlı yol polisi yoxlamalar aparır, hadisənin baş vermə səbəbləri aydınlaşdırılır.