Saxalin adasında yerləşən Aniva körfəzi sularında Rusiya-Yaponiya birgə təlimləri keçiriləcək.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin region üzrə sərhəd idarəsindən məlumat verildi.
“Saxalin adasının cənubundakı Aniva körfəzi sularında Rusiya-Yaponiya birgə təlimləri Yaponiya Sahil Mühafizəsinin “Tsugaru” patrul gəmisinin səfəri çərçivəsində keçiriləcək. Yaponiyalı qonaqlar sentyabrın 3-dən 5-dək Korsakov limanında qalacaq” – Rusiya Federal Təhlükəsizlik Xidmətinin region üzrə sərhəd idarəsindən verilən məlumatda deyilir.
Sərhəd İdarəsindən verilən məlumata görə, sentyabrın 5-də Saxalin sakinləri Rusiya “Dozorny” sərhəd patrul gəmisinə və Yaponiyanın “Tsugaru” patrul gəmisinə ekskursiya edə biləcəklər.