Serbiyanın maraqlarını qorumaq üçün Rusiyadan daha böyük dostu və müttəfiqi yoxdur. Belə bir bəyanatla Serbiyanın innovasiya naziri Nenad Popoviç çıxış edib.
“Rusiya əlindən gəldiyi qədər bizə kömək edib, o həmişə bizə dəstək olub. Rəsmi Moskva heç vaxt daxili işlərimizə qarışmayıb, və heç vaxt bizi narahat etməyib. Buna görə də Rusiya Federasiyasını Serbiyada mənfi bir şəkildə təqdim etmək cəhdlərinə qarşı açıq şəkildə mübarizə aparacağıq” – deyə, Serbiyalı nazir vurğulayıb.
Qeyd edək ki, dekabrın 8-i Belqradda nazir Popoviçin rəhbərlik etdiyi hakim koalisiyanın üzvü olan Serbiya Xalq Partiyasının qurultayı keçirilir. Tədbirdə İspaniya, İtaliya, Balkan bölgəsi ölkələri və Vahid Rusiyada olan yaxın tərəflərin nümayəndələri iştirak edirlər.