Sergey Lavrov İtaliyanın Baş naziri ilə görüşəcək

0
407

Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliyaya səfəri zamanı Baş nazir Cüzeppe Konte ilə görüşəcək. Bu barədə Moskvanın Romadaki səfiri Sergey Razov məlumat verdi.
“Dekabrın 5-i beynəlxalq konfransda çıxış etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başcılıq etdiyi nümayəndə heyəti ilə görüşəcəyik. Rusiyalı Nazir İtaliyanın xarici işlər naziri Di Mayo ilə o cümlədən baş nazir Cuzeppe Konte ilə danışıqlar aparacaq” -, deyə səfir qeyd edib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Aralıq dənizi dialoqları” beynəlxalq konfransında iştirak etmək dekabrın 5-i üçün Romaya səfər edəcək.