Rusiya Müdafiə naziri Sergey Şoyqu respublikanın nasist işğalçılarından azad edilməsinin 75 illiyi ilə əlaqədar tədbirdə iştirak etmək üçün Kişinyova gəldi.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskaya məlumat verdi.
“Səfər çərçivəsində Moldova Prezidenti İqor Dodonla görüş planlaşdırılır.” – Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskaya qeyd etdi.
Bundan əlavə Rusiya Federasiyasının Müdafiə Naziri, bölgədə yerləşdirilən sülhməramlı qüvvələrin kontingentindən olan Rusiya hərbçilərinin təhlükəsizlik zonasında necə xidmət etdiyini də yoxlayacaq.