Qubernator Dmitri Ovsyannikovun öz istəyi ilə istefasından sonra Sevastopol hökuməti istefaya göndərildi. Fərman, şənbə günü bölgənin hökumət saytında dərc olundu.
Rusiya prezidenti Vladimir Putin iyulun 11-də 42 yaşlı Dmitri Ovsyannikovun Sevastopol qubernatoru vəzifəsindən öz istəyi ilə istefa ərizəsini imzalayıb.
Sevastopol qubernatorunun vəzifələrinin müvəqqəti icrasına 38 yaşlı Mixail Razvojayev təyin olundu.
Qeyd edək ki, Razvojayev bundan əvvəl Ümumrusiya xalq cəbhəsi icra komitəsinin rəhbəri vəzifəsində çalışıb.