Soçi hava limanında sərnişinlər təcili təxliyyə olundu

0
603

Rusiyanın Soçi şəhərində yerləşən hava limanının bütün sərnişinləri təcili evakuasiya olundu.
Buna səbəb hava limanında partlayıcı qurğunun olması barədə daxil olan anonim məlumatdır.
Bu barədə hava limanının mətbuat xidməti məlumat verdi.
“Soçi beynəlxalq hava limanının ərazisində partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Anonim məlumat elektron poçt vasitəsi ilə verilib” – mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, hüquq-mühafizə və fövqaladə hallar orqanları hadisə yerində yoxlanış aparır.