Şoyqu Rusiya və Moldovanın hərbi nazirlikləri arasında əməkdaşlıq təklif edir

0
593

Rusiya Müdafiə naziri Sergey Şoyqu ən qısa müddətdə Rusiya Federasiyası və Moldova hərbi nazirlikləri arasında üç illik əməkdaşlıq planının hazırlanmasını təklif edib.
“İndi görülən hər şeyə görə minnətdarıq, iki ölkənin hərbi nazirlikləri arasında münasibətləri bərpa etmək üçün bu sözdən qorxmayacağam. Paylaşacaq heç bir şeyimiz yoxdur. Bir-birimizə qarşı vuruşmaq niyyətində deyildik və deyilik. Buna görə yaxın gələcəkdə, daha dəqiq desək yaxın üç ildə əməkdaşlığımız üçün bir plan hazırlamaq istərdim”, – Şoyqu bu sözləri Moldova Prezidenti İqor Dodon ilə görüşü zamanı deyib.
Qeyd edək ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu respublikanın nasist işğalçılarından azad edilməsinin 75 illiyi ilə əlaqədar tədbirdə iştirak etmək üçün Moldovada rəsmi səfərdədir.