Şoyqu: Rusiyanın qərb sərhədlərində vəziyyət gərgin olaraq qalır

0
605

Rusiyanın qərb sərhədlərindəki hərbi-siyasi vəziyyət gərgin olaraq qalır.
Bu sözləri Rusiyanın Müdafiə Naziri, ordu generalı Sergey Şoyqu deyib.
“Qərb sərhədlərimizdə vəziyyətin gərginləşməsi NATO-nun şərqi Avropadakı hərbi varlığının güclənməsi, ABŞ-ın raketdən müdafiə sisteminin Polşa və Rumıniyada yerləşdirilməsi, ittifaqın Finlandiya və İsveçlə hərbi əməkdaşlığının genişlənməsi ilə xarakterizə olunur” – Rusiyanın ordu generalı qeyd etdi.
Sergey Şoyqunun sözlərinə görə, bu təhdidləri neytrallaşdırmaq üçün Rusiya bir sıra tədbirlər həyata keçirir.