Stavropol vilayətində Su-25UB tipli qırıcı təyyarəsi qəzaya uğradı

0
624

Rusiyanın Stavropol vilayətində SU25-UB tipli qırıcı təyyarə qəzaya uğrayıb.
Qəza baş verməmişdən öncə təyyarədə olan iki pilot katapult əməlliyatını yerinə yetirib.
Bu barədə Rusiya Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, qırıcı planlı təlim uçuşunu həyata keçirib. Təyyarədə döyüş sursatının olmadığı bildirilir.
Hazırda axtarış-xilasetmə xidmətinin mütəxəssisləri katapult əməliyyatı etmiş pilotları axtarır.
Qeyd edək ki, hücum təyyarəsi boş əraziyə düşdüyündən, heç bir dağıntı baş verməyib.