NATO-nun baş katibi Jens Stoltenberg, gələn həftə Parisə gedəcəyini və prezident Emmanuel Makronla ittifaqın haqqında bildirdiyi “beyin ölümü” iddialarını müzakirə edəcəyini bildirib.
“Gələn həftə Fransa prezidenti ilə bunu müzakirə etmək üçün Parisə səfər etməyi planlaşdırıram”. Bu sözləri Stoltenberg çərşənbə axşamı jurnalistlərə Fransa liderinin açıqlamalarına necə cavab verəcəyi ilə bağlı sualları cavablandırarkən deyib.