NATO-nun baş katibi Cens Stoltenberq İttifaqın Rusiyanı təcrid etmək istəmədiyini və tərəflər arasında, silahların idarə olunması daxil olmaqla, digər məsələlər üzrə də dialoqun davam etdirilməsinin vacib olduğunu bildirdi.
” Biz Rusiyanı təcrid etmək istəmirik. Anlaşılmazlıqların və səhv hesablamaların mümkünlüyünü azaltmaq üçün danışıqlar aparmalıyıq” – Stoltenberq Konqresdə çıxışı zamanı qeyd etdi.
Stoltenberq əlavə etdi ki, silahlanma nəzarətini həll etmək üçün də NATO Rusiya Federasiyası ilə dialoq aparmalıdır.