Suriyada on birinci Rusiya-Türkiyə patrulu işə başlayır

0
388

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya hərbi polisi və Türkiyə silahlı qüvvələrinin on birinci müştərək patrulu işə başladı.

“Noyabrın 25-i saat 10.00-dan etibarən Rusiya hərbi polisinin və Türkiyə silahlı qüvvələrinin on birinci müştərək patrulu El Kamışlı kəndindən bir neçə kilometr şimali-şərqdə yerləşən sərhəd bölgəsində işə başladı” dedi.