FSB İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata görə, təhlükəsizlik qüvvələri Tatarıstanda terror hücumunun qarşısını alıb.
Əməliyyat Daxili İşlər Nazirliyi ilə birlikdə həyata keçirilib. İŞİD-in iki üzvü həbs olundu. Onlar terror təşkilatlarına cəlb olunmaqda və terrorizmi təbliğ etməkdə şübhəli bilinirlər.
Saxlanılanların Rusiya vətəndaşı olduğu müəyyənləşib.Onlardan partlayıcı maddələr və partlayıcı qurğuların hissələri götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.