Tramp və Makron Rusiyanı G7-yə dəvət etməkdə razılığa gəldi

0
549

Donald Tramp Fransa prezidenti Emmanuel Makronun Rusiyanı 2020-ci ildə ABŞ-da keçiriləcək G7 zirvə toplantısına dəvət edilməsi təklifini qəbul etdi.
Bu barədə CNN-in jurnalisti Kayli  Atvud ABŞ administrasiyasındakı yüksək vəzifəli mənbələrə istinadən məlumat verib.
Onun sözlərinə görə,  Avqustun 20-si Amerika və Fransa prezidentləri arasında baş tutan telefon danışığı zamanı gələn il Rusiyanın G7 sammitinə dəvət olunmasına dair razılığa gəliblər.  Atvud, ideyanın Makrona aid olduğunu vurğuladı.
Qeyd edək ki, bir müddət öncə Amerika lideri Rusiyanın geri qayıtmasına və G8 formatının yenidən başlamasına qarşı çıxmayacağını bildirib.