“Qazprom” şirkəti “Türk axını” qaz boru kəmərinin hər iki xəttini xammal ilə doldurdu.
Borunun vaxtından əvvəl istismara verildiyi vurğulanır. Plana görə, bu iş ilin sonuna qədər baş verməli idi.
Rusiyadakı “Russkaya” kompressor stansiyası və quruda yerləşən hissə işə hazırdır.
Türkiyədəki qəbul terminalında istifadəyə verilməsi də sona çatmaq üzərədir.
Layihə çərçivəsində “Türk Axını” qaz boru kəmərinin iki xəttinin gücü 15,75 milyard kubmetrdir. Birincisi Rusiya qazını Türkiyə istehlakçılarına, ikincisi – Cənubi və Şərqi Avropa ölkələri üçün qaz nəql edəcəkdir.