Türkiyə Rusiyaya 100 mütəxəssis göndərdi

0
591

Türkiyənin 100 mütəxəssisi S-400 zenit-raket sistemlərində işləmək üçün təlim məqsədilə Rusiyaya yola düşüb
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“S-400 üzrə razılaşma tariximizdə ən əhəmiyyətlidir. Çünki bu, yalnız ticarət məsələsi deyil. Bu əməkdaşlıq birgə istehsala keçid prosesidir. Və bu prosesdən sonra yenə də Rusiya ilə, S-500 raketləri haqqında danışıq aparıla bilər”, – Türkiyə prezidenti qeyd edib.
Ərdoğanın sözlərinə görə, ölkə S-400-lərin köməyi ilə döyüş əməliyyatlarının aparılması zamanı yalnız öz üstünlüyünü təmin etməyi deyil, həm də sülhü qorumağı və şəxsi milli təhlükəsizliyə zəmanət verməyi nəzərdə tutur