Türkiyə S-400 tədarükünün birinci mərhələsinin başa çatdığını bildirdi

0
613

Türkiyə Müdafiə Nazirliyi, Rusiyanın S-400 zenit-raket komplekslərinin tədarükünün birinci mərhələsinin başa çatdığını açıqladı.
“S-400 komponentlərinin ilk partiyasının Ankaradakı Murted Hava Bazasına çatdırılması bu gün başa çatdı. Onun çərçivəsində 30 təyyarə gəldi. İkinci partiyanın da Ankaraya təhvil veriləcəyi gözlənilir” – Türkiyə Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.
Qeyd edək ki, Rusiyanın S-400 müdafiə sistemlərinin satın alınması Türkiyə ilə ABŞ arasında beynəlxalq skandala səbəb oldu: ABŞ müqavilənin ləğv edilməsini və Türkiyədən Patriot müdafiə komplekslərini satın almağı tələb etdi.