Türkiyənin Alanya şəhərinə istirahət etmək məqsədi ilə gələn Rusiya vətəndaşı basseyndə çimən zaman, boğularaq dünyasını dəyişib.
Bu barədə Rusiya Federasiyasının Antaliyadakı Baş Konsulluğunun nümayəndəsi məlumat verdi.
“Antalya vilayətinin Alanya bölgəsi daxili işlər orqanlarından Rusiya vətəndaşı Sergey Jukun otel hovuzunda çimən zaman boğulduğu barədə məlumat aldıq. Hazırda sığorta şirkəti və hüquq-mühafizə orqanları ilə işləyirik. Cəsədin Rusiyaya qaytarılması üçün sənədlər hazırlanır” – Rusiya Federasiyasının Antaliyadakı Baş Konsulluğunun nümayəndəsi qeyd etdi.