Türkmənistan Rusiyanın Kazan şəhərində ikinci baş konsulluğunu açır. Bu barə Türkənistan televiziyası məumat verib. Müvafiq sərəncam hökümətin genişləndirilmiş iclasında Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov tərəfindən imzalanıb. Sənəddə Türkmənistan və Rusiya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən əhaliyə konsulluq xidmətlərinin səmərəli göstərilməsi məqsədi ilə Kazan şəhərində Türkmənistanın baş konsulluğunun açılması göstərilib. Qeyd edək ki, bu, Türkmənistanın Rusiyadakı ikinci baş konsulluğudur. İlk konsulluq 2013-cü ilin fevralında Həştərxanda açılıb.