Ukrayna rus tankerini həbs etdi

0
587

Ukraynada Rusiya tankeri Nika Spirit axtarış zamanı ələ keçirilən sənədlərlə birlikdə həbs edildi.
Bu barədə Ukraynanın baş hərbi prokuroru Anatoli Matios məlumat verdi.
“Biz bunu elədik. Nöqtə!” – Anatoli Matios öz Facebook hesabında yazdı.
Eyni zamanda Matios, Ukrayna məhkəməsinin hərbi prokurorlar və Ukrayna Təhlükəsizlik Xidməti müstəntiqlərinin hərəkətlərinin qanuniliyini yoxladığını da qeyd etdi.
O, həmçinin Ukrayna qanunvericiliyində dəniz və ya çay nəqliyyatında araşdırmalar aparmaq üçün konsulun və ya diplomatik bir qurum nümayəndəsinin razılığını və ya icazəsinin alınmasını nəzərdə tutulmadığını vurğuladı.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Nika Spirit tankerini iyulun 25-də İzmail limanında saxlayıb.
Kiyevin dediyinə görə, tanker əvvəllər Neyma adlanıb və Kerç boğazında Ukrayna gəmilərinin keçməsinin qarşısını almaqda iştirak edib.