Ukrayna Rusiya tankerini ələ keçirdi

0
669

Ukrayna Təhlükəsizlik Xidməti Kerç boğazında Ukrayna gəmilərinə maneə törətdiyinə görə Rusiyanın Neyma tankerini ələ keçirdi.
Bu bərədə Ükrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzindən məlumat verildi.
Hazırda Ukrayna Təhlükəsizlik Xidməti həbs üçün ərizə hazırlayır.
Qeyd edək ki, 2018-ci ilin Noyabr ayında Ukraynanın üç hərbi gəmisi Kerç boğazında Rusiya Federasiyasının sərhədini bozduğuna görə saxlanılıb.
Hadisə nəticəsində gəmilərdə olan 24 hərbiçi həbs edilib.
Onlara Rusiyanın dövlət sərhədinin qeyri-qanuni keçməsi  maddəsi ilə cinayət işi açılıb.