Ulyanov vilayətində ev yandı, 2 uşaq öldü

0
663

Ulyanov vilayətinin Karsunk rayonunda yaşayış evi yandı.Yanğın nəticəsində iki azyaşlı uşaq dünyasını dəyişdi. Prokurorluq araşdırma aparır.
Bu barədə rayon istintaq komistəsinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
“Ulyanovsk vilayətinin Karsunsk Rayon Prokurorluğu, cəsədləri evin mənzilində aşkar edilmiş, iki yetkinlik yaşına çatmayan şəxsin ölüm faktı ilə əlaqədar yoxlama işləri aparır” – mətbuat xidmətindən verilən məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyinin bölgə nümayəndəliyindən verilən məlumata görə, yanğın gün ərzində Ulyanovsk vilayətinin Karsunski rayonunda bir otaqlı evdə baş verib. Prokurorluğun məlumatına görə, yanğın baş verən zaman uşaqlar mənzildə tək idilər. İlkin məlumatlara əsasən, onların ölümünə səbəb yanar materiallardan zəhərlənmə olub.