Vaşinqton Rusiyanın Maduroya dəstək verməyəcəyinə ümid edir

0
626

Amerika Birləşmiş Ştatları,Rusiyanın Venesuela prezidenti Nikolas Maduronu dəstəkləməyəcəyinə ümid edir. Vaşinqton hesab edir ki, Nikolas Maduro hakimiyyətdən getməlidir. Bunu ABŞ dövlət Katibi Mayk Pompeo bildirdi.
“Venesuela məsələsində fikir ayrılığımız var. Mən həmkarıma bildirdim ki, biz, Venesuela xalqı demokratik yol seçsin deyə hər şey etmək istəyirik. ABŞ və digər ölkələr Venesuela xalqının əzab-əziyyətlərinin sona çatması üçün Venesuelanın hazırki prezidenti Nikolas Maduronun istefa vaxtının gəldiyini düşünür.
Ümid edirik ki, Rusiyanın Maduroya dəstəyi sona çatacaq.” – Mayk Pompeo, Rusiya Xarici işlər Naziri Sergey Lavrov ilə görüşdən sonra təşkil olunmuş mətbuat konfransı zamanı bildirdi.