Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Nur-Sultana gəldi.
Rusiya liderinin burada Avrasiya Yüksək İqtisadi Şurasının yubiley açılışında iştirak edəcəyi bildirilir.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verdi.
Putin Qazaxstan səfərini ölkənin ilk prezidenti Nursultan Nazarbayevlə görüşlə başlayacağı gözlənilir.
Dmitri Peskov sözlərinə görə, Putinin sammit çərçivəsində ikitərəfli görüşlərin olacağı planlaşdırırlır.
Sammitə Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanla yanaşı Moldova və Tacikistan dövlət başçıları da dəvət olunub.
Qeyd edək ki, Avrasiya Yüksək İqtisadi Şurasının növbəti sammiti Avrasiya İqtisadi Birliyinə dair sazişin imzalanmasının beş illiyinə həsr olunub.